Yuxarı

Fransa Super Kubokunun qalibi müəyyənləşib

Fransa Super Kubokunun qalibi məlum oldu

Çinin Şençjen şəhərində PSJ və "Renn" komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.

"Report"un məlumatına görə, "Lungan - Universiad Sports Center" stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 13-cü dəqiqədə "Renn"in yarımmüdafiəçisi Adrien Enu açıb. 57-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Anxel Di Mariya qoyub.

Beləliklə, PSJ 9-cu dəfə Fransa Super Kubokunu qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi