Fransa səfirliyi Azərbaycan klubunun futbolçusuna viza verməyib

Fransa səfirliyi Azərbaycan klubunun futbolçusuna viza verməyib "Zirə" Viktor İqbekoyeni Lüksemburqa apara bilməyib
Futbol
5 İyul , 2017 15:16
Fransa səfirliyi Azərbaycan klubunun futbolçusuna viza verməyib

Bakı. 5 iyul. REPORT.AZ/ “Zirə” komandasının futbolçusu Viktor İqbekoyi Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Differdanj”la səfər oyununda iştirak edə bilməyəcək. Azərbaycan təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 31 yaşlı nigeriyalı futbolçu viza problemi üzündən Lüksemburqa gedə bilməyib. Zirə təmsilçisi viza ötrü Fransa səfirliyinə müraciət etsə də, orada Nigeriya vətəndaşları üçün bu prosesin bir qədər uzun çəkdiyi söylənilib.

Eyni səbəbdən iyulun 3-də komanda ilə birgə səfərə çıxa bilməyən kamerunlu Jozef Bum və haitili Kervan Belfor isə artıq Bakını tərk ediblər. Hər iki əcnəbi futbolçu bu gün kollektivə qoşulacaq.

Qeyd edək ki, iyulun 6-da keçiriləcək “Differdaj” – “Zirə” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan təmsilçisi evdə baş tutan ilk oyunda rəqibini 2 cavabsız qolla məğlub edib.

Son xəbərlər

Orphus sistemi