Fransa, Portuqaliya və Belçika səfərdə qələbə qazanıb

Fransa, Portuqaliya və Belçika səfərdə qələbə qazanıb Belçika rəqib meydanında autsayderi - Cəbəllütariqi 6:0 hesabı ilə məğlub edib
Futbol
11 Oktyabr , 2016 02:10
Fransa, Portuqaliya və Belçika səfərdə qələbə qazanıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün 9 oyun keçirilib. "Report"un məlumatına görə, A, B və H qruplarında yer alan komandalar mübarizə aparıb.

A qrupunda liderlərin görüşü baş tutub. 4 xalla ilk iki pilləni bölüşən Hollandiya və Fransa yığmaları birincilərin meydanında görüşüb. Qonaqlar vacib qələbə qazanıb. Bu qrupun digər oyununda İsveç evdə gözlənilən qələbəni qazanıbsa, Belarus öz meydanında azlıqda qalan Lüksemburqla heç-heçə edib.

B qrupunda çıxış edən sonuncu Avropa çempionu Portuqaliya Farer adalarını səfərdə darmadağın edib. Andre Silva hələ ilk hissədə het-trik edib. Macarıstan və İsveçrə yığmaları da səfər qələbələrinə seviniblər.

C qrupunda isə Belçika rəqib meydanında autsayderi - Cəbəllütariqi 6:0 hesabı ilə məğlub edib. Bu oyunda da qonaqlardan het-trik olub ki, bunun müəllifi hücumçu Kristian Benteke olub. Bosniya və Herseqovina bombardiri Edin Dzekonun dublu ilə 2:0 hesabı ilə qalib gəlib. Yunanıstan isə həmin nəticəyə səfərdə imza atıb.

Dünya çempionatı, seçmə mərhələ, III mərhələ

10 oktyabr

A qrupu

22:45. Hollandiya - Fransa - 0:1

Qol: Pol Poqba, 30

22:45. İsveç - Bolqarıstan - 3:0

Qollar: Ole Toyvonen, 39, Oskar Hiljemark, 45, Viktor Nilsson Lindelof, 58

22:45. Belarus - Lüksemburq - 1:1

Qollar: Pavel Savitski, 80 - Aurelien Yoakim, 85

Qırmızı vərəqə: Dirk Karlson, 44 (Lüksemburq, ikinci sarı)

Xal durumu: İsveç - 7. Fransa - 7. Hollandiya - 4. Bolqarıstan - 3. Belarus - 2. Lüksemburq - 1.

B qrupu

22:45. Farer adaları - Portuqaliya - 0:6

Qollar: Andre Silva, 12, 22, 37, Kriştianu Ronaldu, 65, Joao Moutinyo, 90+1, Joao Kanselo, 90+3

22:45. Latviya - Macarıstan - 0:2

Qollar: Adaç Qyorşo, 10, Adam Szalai, 77

22:45. Andorra - İsveçrə - 1:2

Qollar: Aleksandre Martines, 90+1 - Fabian Şar, 19, Admir Mehmedi, 77

Xal durumu: İsveçrə - 9, Portuqaliya - 6. Macarıstan - 4. Farer adaları - 4. Latviya - 3. Andorra - 0.

H qrupu

22:45. Bosniya və Herseqovina - Kipr - 2:0

Qollar: Edin Dzeko, 70, 81

22:45. Estoniya - Yunanıstan - 0:2

Qollar: Vasssilios Torosidis, 2, Konstantinis Stafilidis, 61

22:45. Cəbəllütariq - Belçika - 0:6

Qollar: Kristian Benteke, 1, 43, 56, Dries Mertens, 49, Aleks Vitsel, 19, Eden Azar, 79

Xal durumu: Belçika - 9. Yunanıstan - 9. Bosniya və Hesrseqovina - 6. Estoniya - 3. Kipr - 0. Cəbəllütariq - 0.

Son xəbərlər

Orphus sistemi