Fransa millisinin sabiq baş məşqçisi vəfat edib

Fransa millisinin sabiq baş məşqçisi vəfat edib Bakı. 24 aprel. REPORT.AZ/ Fransa millisinin sabiq futbolçusu və baş məşqçisi Anri Mişel vəfat edib.
Futbol
24 Aprel , 2018 15:04
Fransa millisinin sabiq baş məşqçisi vəfat edib

Bakı. 24 aprel. REPORT.AZ/ Fransa millisinin sabiq futbolçusu və baş məşqçisi Anri Mişel vəfat edib.

“Report” RFI radiosuna istinadən xəbər verir ki, tanınmış mütəxəssis 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Anri Mişel futbolçu karyerasının çox hissəsini vətənində “Nant”ın heyətində keçirib. O həmçinin Fransa yığmasında 58 oyuna çıxıb. Məşqçi kimi ilk uğuruna Fransanın gənclərdən ibarət millisi ilə 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarının qalibi olmaqla imza atan Mişel 1984 – 1988-ci illərdə ölkəsinin əsas yığmasının sükanı arxasında olub. O, DÇ-1986-da bürünc medal əldə edib. Mərhum Kamerun, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Kot-Divuar, Ekvatoriyal, Qvineya və Keniya yığmalarına da rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi