Fransa millisi futbol üzrə dünya çempionatının finalına çıxıb - VİDEO

Fransa millisi futbol üzrə dünya çempionatının finalına çıxıb - VİDEO Deşamın yetirmələri yarımfinalda Belçika yığmasını məğlub ediblər
Futbol
10 İyul , 2018 23:54
Fransa millisi futbol üzrə dünya çempionatının finalına çıxıb - VİDEO

Bakı. 11 iyul. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, bu, Fransa milli komandasıdır.

Didye Deşamın baş məşqçisi olduğu komanda yarımfinalda Belçika yığmasını üstələyib. Yeganə qolu 51-ci dəqiqədə Samuel Umtiti vurub. O, künc zərbəsindən sonra topu başla qapıya göndərib.

Beləliklə, Fransa millisi 12 ildən sonra dünya çempionatının finalına yüksəlib. Digər finalçı iyulun 11-də Xorvatiya və İngiltərə yığmaları arasında keçiriləcək qarşılaşmanın qalibi olacaq.

Fransa hələlik yeganə dünya çempionluğunu 1998-ci ildə qazanıb.

DÇ-2018, ½ final

22:00 Fransa – Belçika - 1:0

Qol: Samuel Yumtiti, 51

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

Son xəbərlər

Orphus sistemi