Fransa Kuboku oyununda PSJ-nin qapısı Dani Alveşə həvalə olunub - VİDEO

Fransa Kuboku oyununda PSJ-nin qapısı Dani Alveşə həvalə olunub - VİDEO Komandanın qapıçısı qırmızı vərəqə alaraq meydandan qovulub
Futbol
7 Fevral , 2018 05:33
Fransa Kuboku oyununda PSJ-nin qapısı Dani Alveşə həvalə olunub - VİDEO

Bakı. 7 fevral. REPORT.AZ/ PSJ futbol üzrə Fransa Kubokunun 1/8 final matçında "Soşo" üzərində böyükhesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, Monbelyar kommunasının "Oqüst Bonal" stadionunda keçirilən görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 90-cı dəqiqəsində PSJ-nin qapıçısı Kevin Trapp qırmızı vərəqə alıb. Parislilər oyun boyu hər üç dəyişiklikdən istifadə etdikləri üçün qapını qorumaq meydanda olan Dani Alveşə həvalə olunub və matç elə 4:1 hesabı ilə də yekunlaşıb.

PSJ-nin heyətində Di Mariya het-trik edib. Neymarın adı isə ötən gün özünə təntənəli ad günü etdiyinə görə komandanın iştirak ərizəsinə daxil edilməyib.

Son xəbərlər

Orphus sistemi