Fransa klubu məşhur futbolçunun transferi üçün azarkeşlərdən yardım istəyib

Fransa klubu məşhur futbolçunun transferi üçün azarkeşlərdən yardım istəyib Bakı. 1 avqust. REPORT.AZ/ Fransanın “Nim” klubu Türkiyə təmsilçisi “Konyaspor”un futbolçusu Samuel Eto`Onu transfer etmək üçün azarkeşlərə müraciət edib.
Futbol
1 Avqust , 2018 11:40
Fransa klubu məşhur futbolçunun transferi üçün azarkeşlərdən yardım istəyib
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Fransanın “Nim” klubu Türkiyə təmsilçisi “Konyaspor”un futbolçusu Samuel Eto`Onu transfer etmək üçün azarkeşlərə müraciət edib.

“Report” klubun “Twitter” səhifəsinə istinadən xəbər verir ki, yeni mövsümdə Liqa 1-də mübarizə aparacaq “Nim” 37 yaşlı kamerunlu hücumçunun alınmasından ötrü tərəfdarlından maddi yardım istəyib. Eto`Onun transfer dəyərinin 1 milyon avro olduğu söylənilir.

“Nim” klubunun müraciətinə forvardın özü də reaksiya verib. O, “Twitter” hesabında yumorla bu cür yazıb: “Mən də iştirak edə bilərəm?”

Qeyd edək ki, Eto`O karyerası ərzində İspaniyanın “Real Madrid”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, İtaliyanın “İnter”, “Sampdoriya”, Rusiyanın “Anji”, İngiltərənin “Çelsi”, “Everton” və Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi