Fransa klubu futbolçusunun "Qarabağ"a keçidini təsdiqləyib

Fransa klubu futbolçusunun "Qarabağ"a keçidini təsdiqləyib Bakı. 26 iyun. REPORT.AZ/ Fransanın Lans klubu futbolçusu Abdulla Zubirin Qarabağa transferini təsdiqləyib.
Futbol
26 İyun , 2018 14:13
Fransa klubu futbolçusunun Qarabağa keçidini təsdiqləyib

Bakı. 26 iyun. REPORT.AZ/ Fransanın "Lans" klubu futbolçusu Abdulla Zubirin "Qarabağ"a transferini təsdiqləyib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi üçün Ağdam təmsilçisi ilə razılığa gəldiyini bəyan edib. "Lans" klubu oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Fransa mətbuatı bu transfer üçün "Qarabağ" klubunun 1 milyon avro ödəyəcəyini yazıb. 

Son xəbərlər

Orphus sistemi