Yuxarı

Fransa çempionatında yeni mövsümün başlayacağı tarix bəlli oldu

Fransa çempionatında yeni mövsümün başlayacağı tarix bəlli oldu

358

Futbol üzrə Fransa çempionatında yeni mövsümün başlayacağı tarix bəlli olub. 

"Report" RMC-yə istinadən xəbər verir ki, Liqa 1-də 2020/2021 mövsümü avqustun 22-də başlayacaq. 

Çempionatın yayımçıları olan "Mediapro", "Canal +" və "BeIN Sports" ilə məsləhətləşdikdən sonra tarix təyin edilib. Qərara əsasən əsas çempionatın avqustun 22-də, Liqa 2-nin isə avqustun 23-də startı planlaşdırılır. 

UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında avrokubokların bərpa tarixi açıqlanandan sonra təqvim dəqiqləşəcək. 

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi