Yuxarı
    Bağlamaq

    Fransa çempionatında daha bir qarşılaşma etirazlara görə təxirə salınıb

    Bakı. 4 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatında keçiriləcək daha bir qarşılaşma təxirə salınıb. 

    "Report"un Fransa Liqa 1-in rəsmi saytına istinadən verdiyi məlumata görə, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. 

    Bildirilib ki, çempionatın XVII turunda keçirilməsi planlaşdırılan "Tuluza" - "Lion" matçı təyin olunan vaxtda oynanılmayacaq. Görüşün Tuluza şəhər rəhbərliyinin tələbindən sonra təxirə salındığı vurğulanıb. 

    Qeyd edək ki, matç dekabrın 8-də keçirilməli idi. Daha öncə Fransa çempionatında PSJ - "Monpelye" matçı eyni səbəbdən təxirə salınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi