​Frank Riberi Almaniya vətəndaşı olmaq istəyir

​Frank Riberi Almaniya vətəndaşı olmaq istəyir "Almaniyada ev almışam və buranın mentalitetini sevirik"
Futbol
26 Fevral , 2015 12:43
​Frank Riberi Almaniya vətəndaşı olmaq istəyir
Frank Riberi

Bakı. 26 fevral. REPORT.AZ/ Fransa millisinin və "Bavariya" klubunun futbolçusu Frank Riberi Almaniya vətəndaşı olmağı düşünür. "Report"un məlumatına görə, bu barədə 32 yaşlı yarımmüdafiəçi "Bild"ə açıqlamasında deyib.

Özünü Almaniyada çox yaxşı hiss etdiyini deyən futbolçu bu addımı ailəsi üçün atacağını bildirib: "Mən Almaniyada ev almışam və buranın mentalitetini sevirik. Oğlum Salif Almaniyada doğulub və ola bilər elə bu milli komandanın da şərəfini qorusun".

Qeyd edək ki, Frank Riberi 2007-ci ildən "Bavariya"nın şərəfini qoruyur. 

Son xəbərlər

Orphus sistemi