Françesko Toldo: "Finalda "Çelsi"nin qələbə qazanacağına ümid edirəm"

Françesko Toldo: "Finalda "Çelsi"nin qələbə qazanacağına ümid edirəm" Bakı fantastik və müasir şəhərdir. Azərbaycan bütün dünyanın izləyəcəyi bir tədbirə ev sahibliyi edir. Bu, möhtəşəm hadisədir.
Futbol
25 May , 2019 15:12
Françesko Toldo: Finalda Çelsinin qələbə qazanacağına ümid edirəm

"Bakı fantastik və müasir şəhərdir. Azərbaycan bütün dünyanın izləyəcəyi bir tədbirə ev sahibliyi edir. Bu, möhtəşəm hadisədir".

Bunu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı ilə əlaqədar Dənizkənarı Bulvarda Azarkeş Festivalına qatılan İtaliya milli komandasının sabiq qapıçısı Françesko Toldo "Report"a müsahibəsində deyib.

Veteran oyunçu həmyerlisi Mauritsio Sarrinin baş məşqçi olduğu "Çelsi"nin şanslarını daha yüksək qiymətləndirdiyini bildirib: "Avropa Liqasında ingilis finalı olacaq. Ümid edirəm ki, növbəti mövsüm İtaliya komandalarından hansısa biri finalda iştirak edər. İndiki halda isə fikrimcə, "Çelsi" italiyalı baş məşqçinin komandaya gəlişi ilə daha da güclənib. Kimin qalib gələcəyini demək isə çətindir. Ümid edirəm ki, "Çelsi" qələbə qazanacaq". 

Azərbaycan futbolunun Avropadakından geri qaldığını, amma daim inkişaf etdiyini deyən Toldonun sözlərinə görə, qitə çempionatları səviyyəsinə yüksəlmək üçün potensial mövcuddur: "Ona görə də futbolunuz bu inkişafı davam etdirməlidir". 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyunu saat 23:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi