Yuxarı

Françesko Toldo: "Azərbaycana təşəkkür edirəm"

Avropa çempionatının səviyyəsi yüksəlib

Bakı. 8 aprel. REPORT.AZ/ "Final mərhələsinə yüksək səviyyədə hazırlaşdığı üçün Azərbaycana təşəkkür edirəm". "Report"un məlumatına görə, bunu 17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimində iştirak üçün Bakıya gələn İtaliya millisinin sabiq qapıçısı Françesko Toldo deyib. 

O bildirib ki, çempionatın səviyyəsi çox artıb: "Çünki bütün yığmalar həddən artıq gücləniblər. Hər bir komanda final mərhələsində iştirak üçün yaxşı hazırlaşıb. Əsas məqsəd o olmalıdır ki, komandalar birləşərək, bu cür çempionatı yüksək səviyyəyə çatdırsınlar", 

Komandalara gəlincə, Toldonun fikrincə, Portuqaliya və Almaniya çox güclüdür. Ancaq sabiq qapıçı İtaliya yığmasına olan ümidini itirmədiyini söyləyib: "İtaliya yığmasının güclü məşqçisi var və o, nə etdiyini bilir. Qrupumuz çox çətindir. Buna baxmayaraq, İtaliyanın adı gələndə çoxları qorxuya düşür".

Qeyd edək ki, mayın 5-də start götürəcək Avropa çempionatında İtaliya yığmasının rəqibləri Serbiya, Hollandiya və İspaniya olacaq. Komandanın baş məşqçisi Alessandro Dal Kontodur.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi