​"FourFourTwo" nəşri "Qarabağ" haqda məqalə dərc edib

​"FourFourTwo" nəşri "Qarabağ" haqda məqalə dərc edib Məqalədə komandanın Ağdamdakı stadionundan da bəhs olunub
Futbol
18 Sentyabr , 2015 16:06
​FourFourTwo nəşri Qarabağ haqda məqalə dərc edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Nüfuzlu "FourFourTwo" nəşri "Qarabağ" klubu haqda məqalə dərc edib. "Report"un məlumatına görə, məqalədə ilk olaraq komandanın təmsil etdiyi Ağdam rayonu haqda məlumat verilib.

Məqalədə yerli əhalinin doğma yurd-yuvalarını məcburiyyətdən tərk edərək ölkənin başqa bölgələrinə getdikləri bildirilib. "Qarabağ"ın ilk olaraq ev oyunlarını Ağdamda keçirdiyi, lakin ermənilərin işğalından sonra komandanın Bakıda çıxış etdiyi xatırladılıb. Yazıda Ağdam təmsilçisinin xüsusilə 2014 və 2015-ci ildə qazandığı uğurlardan, Qurban Qurbanovun rəhbərliyi ilə komandanın Avropa Liqasına vəsiqə qazanmasından bəhs olunub. Müəllif "Qarabağ"ın "Qafqazın "Barselona"sı" adlanmasından da bəhs edib.

Qara Qarayevin qarabağlı olduğu bildirilən yazıda Rəşad Sadıqov "Qarabağ" müdafiəsinin vacib oyunçusu kimi fərqləndirilib. Bundan başqa, məqalədə komandanın yerli və legioner üzvlərindən bəhs edilib, Qurban Qurbanovun məşqçiliyindən danışılıb və onun Pep Qvardiolanın azarkeşi olduğu vurğulanıb.

Yazıda güman olunur ki, "Qarabağ" Ağdama qayıdacağı və orada çıxış edəcəyi təqdirdə, stadiona müharibədən əvvəl komandada futbolçu kimi çıxış etmiş, daha sonra baş məşqçi kimi fəaliyyət göstərmiş, müharibə zamanı isə döyüşlərə qoşulan və şəhid olan Allahverdi Bağırovun adı veriləcək.

Son xəbərlər

Orphus sistemi