"Formula 2"nin qalibi: "Bakı trası barədə əla xatirələrim var və qayıtmağıma şadam"

"Formula 2"nin qalibi: "Bakı trası barədə əla xatirələrim var və qayıtmağıma şadam" Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm. Bakı trası barədə əla xatirələrim var və ora qayıtmağıma şadam.
Futbol
24 Aprel , 2019 09:50
Formula 2nin qalibi: Bakı trası barədə əla xatirələrim var və qayıtmağıma şadam

"Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm. Bakı trası barədə əla xatirələrim var və ora qayıtmağıma şadam".

"Report"un məlumatına görə, bunu "Uilyams"ın pilotu Corc Rassell "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisi barədə danışarkən deyib. Britaniyalı sürücü ötən il Bakıda qalib olduğu "Formula 2" yarışını xatırladıb: "Azərbaycanda ötənilki həftəsonu mənim "Formula 2"də ən yaxşı çıxışımla əlamətdar olmuşdu. Biz hər iki yarışın qalibi olmalı idik. Şənbə yürüşündə liderlik edirdik. Amma son dövrələrdə xoşagəlməz insident baş verdi. Növbəti gün isə bunun əvəzini çıxdım və ikinci yürüşümdə 12-ci yerdə startımdan sonra qalib oldum".

Qeyd edək ki, Corc Rasell bu ildən "Formula 1"də çıxış edir. O, Avstraliya və Çin Qran-prilərində 16-cı, Bəhreyndə 15-ci yeri tutub. Hazırda 21 yaşlı idmançı 20 pilot arasında 19-cu pillədə qərarlaşıb. SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi