"Formula-1" üzrə dünya çempionatının qalibi müəyyənləşib

"Formula-1" üzrə dünya çempionatının qalibi müəyyənləşib “Mercedes” pilotu Lüis Hemilton mövsümün başa çatmasına 2 mərhələ qalmış rəqibləri üçün əlçatmaz olub
Futbol
30 Oktyabr , 2017 10:25
Formula-1 üzrə dünya çempionatının qalibi müəyyənləşib

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Formula-1" üzrə 2017-ci ildə dünya çempionatının qalibi müəyyənləşib. 

“Report” xəbər verir ki, Meksika Qran-prisində finişə 9-cu yerdə çatmasına baxmayaraq, “Mercedes” pilotu Lüis Hemilton mövsümün başa çatmasına 2 mərhələ qalmış rəqibləri üçün əlçatmaz olub.

Dördüncü dəfə dünya çempionu adına sahib çıxan 32 yaşlı britaniyalı şəxsi hesabda 333 xal toplayıb. Hazırda 2-ci sırada olan “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettelin 227, “Mercedes”in digər üzvü Valtteri Bottasın isə 262 xalı var.

Bununla da Hemilton çempionluq sayında Alen Prosta çatıb. Argentinalı Xuan Manuel Fanixonun 5, Mixael Şumaxerin isə 7 çempionluğu var.

Qeyd edək ki, Meksika Qran-prisinin qalibi “Red Bull” pilotu Maks Ferstappen olub. Konstruktorlar Kubokunu isə hesabında 595 xal olan “Mercedes” əldə edib.

Son xəbərlər

Orphus sistemi