"Neftçi"nin kapitanı: "Bu cür hazırlıqdan sonra məqsədimiz yalnız çempionluq olacaq"

"Neftçi"nin kapitanı: "Bu cür hazırlıqdan sonra məqsədimiz yalnız çempionluq olacaq" 32 yaşlı futbolçu fiziki cəhətdən yaxşı səviyyəyə çatmaq üçün əllərindən gələni edəcəklərini bildirib
Futbol
13 Yanvar , 2015 16:41
Neftçinin kapitanı: Bu cür hazırlıqdan sonra məqsədimiz yalnız çempionluq olacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ "Hazırlığımız yaxşı keçir. Artıq iki gündür hazırlaşırıq. Bu bizim üçün çox çətin keçdi. Çünki istirahət müddətində fiziki baxımdan çox itirmişdik. İndi bərpa etmək lazımdır". "Report"un məlumatına görə, bu sözləri "Neftçi" futbol komandasının kapitanı Flavinyo deyib.

Klubun rəsmi saytına açıqlama verən braziliyalı yarımmüdafiəçi havanın yağıntılı keçməsinə baxmayaraq, heç kimin məşqlərdən kənarda qalmadığını söyləyib. 32 yaşlı futbolçu fiziki cəhətdən yaxşı səviyyəyə çatmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Bu hazırlıqdan sonra biz Azərbaycana elə bir səviyyədə qayıdacağıq ki, məqsədimiz ancaq çempionluq olacaq. Mən buna inanıram. Çünki məşqlərin gedişi komandamızda istəyin yüksək səviyyədə olduğunu göstərdi. "Qarabağ"la 8 xal fərqimiz var. Bu fərqi aradan qaldırmaq bizim üçün bir az çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, fiziki cəhətdən lazımi səviyyəyə çataq. Hava şəraitindən şikayətlənmək olmaz, bu, mümkün deyil. Yalnız məşq etmək lazımdır".

Qeyd edək ki, "Neftçi" yanvarın 24-də Bakıya qayıdacaq.

Son xəbərlər

Orphus sistemi