Yuxarı
    Bağlamaq

    "Fiorentina" rəsmisi: "Bütün komandalarla oynamağa hazırıq"

    Florensiyaya qayıdıb, çempionat oyununa hazırlaşmalıyıq

    Bakı. 9 dekabr. REPORT.AZ/ "Hədəfimiz qrup mərhələsini birinci pillədə başa vurmaq idi. İndi isə biz Nyonda keçiriləcək püşkatmanın nəticəsini gözləyirik". 

    "Report"un məlumatına görə, bunu Avropa Liqasının VI turunda Bakıda "Qarabağ" üzərində 2:1 hesabı ilə qələbə qazanan İtaliyanın "Fiorentina" klubunun İdarə Heyətinin üzvü və icraçı direktoru Sandro Mençuççi deyib.

    Klub rəsmisi 1/16 finalda rəqibin kimliyindən asılı olmayaraq heç bir komandadan çəkinmədiklərini bildirib: "Biz heç kimdən qorxmuruq. Artıq Florensiyaya qayıtmalı və ölkə çempionatında "Sassuolo" ilə keçirəcəyimiz görüşə hazırlaşmalıyıq. 1/16 finalda isə bütün komandalarla oynamağa hazırıq".

    Qeyd edək ki, "Fiorentina" 1/16 finala J qrupunun lideri kimi yüksəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi