"Fiorentina" rəsmisi: "Bütün komandalarla oynamağa hazırıq"

"Fiorentina" rəsmisi: "Bütün komandalarla oynamağa hazırıq" "Florensiyaya qayıdıb, çempionat oyununa hazırlaşmalıyıq"
Futbol
9 Dekabr , 2016 12:23
Fiorentina rəsmisi: Bütün komandalarla oynamağa hazırıq

Bakı. 9 dekabr. REPORT.AZ/ "Hədəfimiz qrup mərhələsini birinci pillədə başa vurmaq idi. İndi isə biz Nyonda keçiriləcək püşkatmanın nəticəsini gözləyirik". 

"Report"un məlumatına görə, bunu Avropa Liqasının VI turunda Bakıda "Qarabağ" üzərində 2:1 hesabı ilə qələbə qazanan İtaliyanın "Fiorentina" klubunun İdarə Heyətinin üzvü və icraçı direktoru Sandro Mençuççi deyib.

Klub rəsmisi 1/16 finalda rəqibin kimliyindən asılı olmayaraq heç bir komandadan çəkinmədiklərini bildirib: "Biz heç kimdən qorxmuruq. Artıq Florensiyaya qayıtmalı və ölkə çempionatında "Sassuolo" ilə keçirəcəyimiz görüşə hazırlaşmalıyıq. 1/16 finalda isə bütün komandalarla oynamağa hazırıq".

Qeyd edək ki, "Fiorentina" 1/16 finala J qrupunun lideri kimi yüksəlib.

Son xəbərlər

Orphus sistemi