Bakı. 7 dekabr.REPORT.AZ/ "Qarabağ" güclü komandadır. Amma heç nədən çəkinmirik".
"Report"un məlumatına görə, bunu İtaliyanın "Fiorentina" klubunun qapıçısı Çiprian Тeteruşan deyib.
Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Bakıda "Qarabağ"la qarşılaşacaq komandanın üzvü bunları bildirib: "Sabahkı oyun asan olmayacaq. Üstəlik, "Qarabağ" üçün də çətin görüş olacaq. Hər bir oyuna qalib gəlmək üçün çıxırıq".
O, "Qarabağ"la qarşılaşmaya çıxmaqdan çəkinmədiklərini söyləyib: "PAOK-la oyuna da qələbə üçün çıxmışdıq. Həddindən artıq qol imkanımız oldu, amma rəqib qazandığı qol imkanlarından istifadə edib qələbə əldə etdi. "Fiorentina" hazırda yaxşı dövrünü yaşayır. Çünki komanda indi Avropa Liqasının qrup mərhələsinin lideridir. "Qarabağ"la oyun bizi qorxutmur. Futbolda hər şey olur və hansısa müqayisə düzgün sayılmır. Sabah böyük hesabla qalib gəldiyimiz komanda ilə oynayacağıq".