Yuxarı

"Fiorentina"nın hər 3 futbolçusu koronavirusdan sağaldı

"Fiorentina"nın hər 3 futbolçusu koronavirusdan sağaldı

İtaliya "Fiorentina"sının 3 futbolçusu koronavirusdan sağalıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Patrik Kutrone, Xerman Pesselya və Duşan Vlahoviçdir. Fiorentina təmsilçisinin rəhbərliyi həkimlər, tibb bacıları və xəstəxanalara minnətdarlığını bildirib.

Qeyd edək ki, Duşan Vlahoviçin testinin müsbət nəticələndiyi martın 13-də, Patrik Kutrone və Xerman Peselyanın yoxlanışının cavabı isə ertəsi gün müəyyənləşib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi