"Fiorentina"nın futbolçusu: "Qarabağ"la oyunda qələbə qazanmalıyıq"

"Fiorentina"nın futbolçusu: "Qarabağ"la oyunda qələbə qazanmalıyıq" Gənc yarımmüdafiəçi qrupun son oyunundan danışıb
Futbol
6 Dekabr , 2016 10:57
Fiorentinanın futbolçusu: Qarabağla oyunda qələbə qazanmalıyıq

Bakı. 6 dekabr. REPORT.AZ/ "Biz bu mövsüm haqda düşünməli və ən yaxşısını etməliyik". 

"Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qarabağ"la qarşılaşacaq İtaliyanın "Fiorentina" klubunun futbolçusu Federiko Bernardeski deyib.

22 yaşlı yarımmüdafiəçi dekabrın 8-də baş tutacaq görüşdə qələbə qazanmaq istədiklərini bildirib: "Qarabağ"la cavab oyununda qrupda birinci yer tutmağımız və özümüzü təsdiq etmək üçün qələbə qazanmalıyıq".

Qeyd edək ki, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi