"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayırdıqlarına dair xəbərləri təkzib edib

"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayırdıqlarına dair xəbərləri təkzib edib Klub bəyanat yayıb
Futbol
6 Sentyabr , 2016 11:37
Qarabağın rəqibi baş məşqçisi ilə yollarını ayırdıqlarına dair xəbərləri təkzib edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Qarabağ" futbol komandasının Avropa Liqasının qrup mərhəsindəki rəqiblərindən olan İtaliyanın "Fiorentina" klubu baş məşqçi Paulo Souza ilə bağlı bəyanat yayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "bənövşəyilər" 46 yaşlı mütəxəssisin istefaya göndərildiyinə dair xəbərləri təkzib edib.

Klub mətbuatda yayılan bu tipli məlumatları əsassız adlandırıb və belə xəbərlərə təəssüfləndiyini bildirib. Bəyanatda qeyd olunub ki, əsassız informasiyalar bu ərəfələrdə komandaya, kluba və azarkeşlərə mənfi təsir edə bilər.

Qeyd edək ki, "Qarabağ"la "Fiorentina"nın yer aldığı J qrupunda PAOK (Yunanıstan) və "Slovan" (Çexiya) komandaları da mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi