Bakı. 8 dekabr. REPORT.AZ/ İtaliyanın "Fiorentina" klubu Bakıdan təkcə qələbə yox, "Qarabağ" formaları da aparır. "Report"un məlumatına görə, oyundan sonra "bənövşəyilər"in nümayəndəsi Ağdam komandasının paltardəyişmə otağına girib.
O, Azərbaycan təmsilçisinin bir neçə formasını pay götürüb. "Qarabağ" futbolçuları geyimlərini təkcə qonaq komandaya verməyib. Qara Qarayev formasını azarkeşlərə atıbsa, Əfran İsmayılov rəqib oyunçu ilə dəyişib.
Qeyd edək ki, oyun "Fiorentina"nın qələbəsi ilə yekunlaşıb - 2:1.