finalbaku2019.com saytında indiyədək 100-dən çox xəbər dərc olunub

finalbaku2019.com saytında indiyədək 100-dən çox xəbər dərc olunub Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun http://finalbaku2019.com/ saytında indiyədək 100-dən çox xəbər dərc olunub.
Futbol
15 May , 2019 12:03
finalbaku2019.com saytında indiyədək 100-dən çox xəbər dərc olunub

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun http://finalbaku2019.com/ saytında indiyədək 100-dən çox xəbər dərc olunub.

“Report”un məlumatına görə, ötən ilin sentyabrında istifadəyə verilmiş sayt Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Saytda Avropa Liqasının tarixi, Azərbaycan klublarının yarışda çıxışları, ev sahibi Bakı, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu, finalı izləmək üçün Azərbaycana səfərlə bağlı viza proseduru və milli mətbəx haqqında məlumatlar yerləşdirilib.

Saytda həmçinın bilet satışı üçün UEFA-nın rəsmi saytına keçid verən bölmə var. Bundan başqa, Bakıya bilet əldə etmək üçün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) saytına keçid etmək də mümkündür.

“Layihələr” bölməsində tədbirlər, könüllülər proqramı, Avropa Liqasının Muzeyi, Bakı-2019: Ulduzlar finalı və futbol üzrə kiber çempionatla bağlı informasiya əldə etmək olar.

Saytda Bakıdakı otellər, mağazalar, tarixi abidələr və restoranlar barədə də faydalı məlumatlar var.

Finalla əlaqədar xəbərlər müntəzəm şəkildə http://finalbaku2019.com/ saytında dərc edilir.

Xatırladaq ki, Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərarı 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi qəbul edib.

Mayın 29-da baş tutacaq finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq. Oyun saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi