Final matçı Bakıda keçiriləcək Avropa Liqasının formatı və təqvimi müəyyənləşib

Final matçı Bakıda keçiriləcək Avropa Liqasının formatı və təqvimi müəyyənləşib Azərbaycan klubları mübarizəyə I təsnifat mərhələsindən başlayacaq
Futbol
27 Fevral , 2018 16:58
Final matçı Bakıda keçiriləcək Avropa Liqasının formatı və təqvimi müəyyənləşib

Bakı. 27 fevral. REPORT.AZ/ 2018/2019 mövsümündə final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının formatı və təqvimi açıqlanıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qitə futbol qurumu Çempionlar Liqası (ÇL) ilə yanaşı, Azərbaycanın 3 klubunun iştirak edəcəyi Avropa Liqasının da formatına bir sıra dəyişikliklər edib.

2016/2017 mövsümünün yekununa əsasən, UEFA-nın klub reytinqində ilk 17 sırada qərarlaşan ölkələrin klubları birbaşa qrup mərhələsinə vəsiqə qazanacaqlar.

2018/2019 mövsümünün iştirakçıları:

Yüksək reyinqə malik olan 5 assosiasiyanın 2 klubu: İspaniya, Almaniya, İngiltərə, İtaliya, Fransa (10)

Reytinqdə 6 – 12-ci yerdə qərarlaşan ölkələrin 1 klubu: Rusiya, Portuqaliya, Ukrayna, Belçika, Türkiyə, Çexiya, İsveçrə (7)

10 komanda ÇL-də mübarizəni dayandırdıqdan sonra Avropa Liqasının qrupuna düşəcək. Bunlardan 6-sı Liqa Yolunun (III təsnifat mərhələsində uduzanlar) təmsilçiləridir. Digər 4 kollektiv isə Çempionlar Yolundan pley-offda uduzan 4 komanda olacaq.

Təsnifat mərhələsi

2018/19 mövsümündən etibarən komandalar iki fərqli istiqamət üzrə mübarizə aparacaqlar: Çempionlar Yolu və Liqa Yolu

Çempionlar Yolu: Qrup mərhələsinə 8 vəsiqə

Burada ÇL-in ilkin mərhələsi ilə III təsnifat mərhələsi aralığında mübarizəni dayandıran komandalar yer alacaqlar. Ümumilikdə 3 mərhələ oynanılacaq:

II təsnifat mərhələsi: ilkin mərhələdə və I təsnifat mərhələsində mübarizəni dayandıran 20 komanda;

III təsnifat mərhələsi: ÇL-də II təsnifat mərhələsində mübarizəni dayandıran 10 komanda və Avropa Liqasının Çempionlar Yolunda II təsnifat mərhələsinin qalibi olan 10 kollektiv;

Pley-off: ÇL-də III təsnifat mərhələsində mübarizəni dayandıran 6 komanda və Avropa Liqasının Çempionlar Yolunda III təsnifat mərhələsində qalib gələn 10 kollektiv.

Liqa yolu: Qrup mərhələsinə 13 vəsiqə

Burada UEFA-ya üzv olan 55 milli assosiasiyanın digər təmsilçiləri və ÇL-də Liqa Yolunda II təsnifat mərhələsində mübarizəni dayandıran komandalar yer alacaqlar.

İlkin mərhələ: 16 komanda;

I təsnifat mərhələsi: 86 komanda və ilkin mərhələnin qalibi olacaq 8 kollektiv;

II təsnifat mərhələsi: 27 komanda və I təsnifat mərhələsində qalib gələn 47 kollektiv;

III təsnifat mərhələsi: 15 komanda (bura ÇL-də Liqa Yolunda II təsnifat mərhələsində mübarizəni dayandıran 3 komanda da daxildir) və II təsnifat mərhələsində qalib gələn 37 kollektiv;

Pley-off: III təsnifat mərhələsinin qalibi olacaq 26 komanda.

Təqvim

28 iyun: ilkin mərhələ, ilk oyunlar

5 iyul: ilkin mərhələ, cavab oyunları

12 iyul: I təsnifat mərhələsi, ilk oyunlar

19 iyul: I təsnifat mərhələsi, cavab oyunları

26 iyul: II təsnifat mərhələsi, ilk oyunlar

2 avqust: II təsnifat mərhələsi, cavab oyunları

9 avqust: III təsnifat mərhələsi, ilk oyunlar

16 avqust: III təsnifat mərhələsi, cavab oyunları

23 avqust: pley-off mərhələsi, ilk oyunlar

30 avqust: pley-off mərhələsi, cavab oyunları

20 sentyabr: qrup mərhələsi, I tur

4 oktyabr: qrup mərhələsi, II tur

25 oktyabr: qrup mərhələsi, III tur

8 noyabr: qrup mərhələsi, IV tur

29 noyabr: qrup mərhələsi, V tur

13 dekabr: qrup mərhələsi, VI tur

14 fevral: 1/16 final, ilk oyunlar

21 fevral: 1/16 final, cavab oyunları

7 mart: 1/8 final, ilk oyunlar

14 mart: 1/8 final, cavab oyunları

11 aprel: 1/4 final, ilk oyunlar

18 aprel: 1/4 final, cavab oyunları

2 may: 1/2 final, ilk oyunlar

9 may: 1/2 final, cavab oyunları

29 may: Final, Bakı Olimpiya Stadionu

Son xəbərlər

Orphus sistemi