Yuxarı

Filip Ozobiç: "Maraqlı mövsüm keçirdik, hər şey əla idi"

​Filip Ozobiç: "Maraqlı mövsüm keçirdik, hər şey əla idi"

"Şadam ki, çempion olduq. Maraqlı mövsüm keçirdik, hər şey əla idi. Yaxşı hazırlaşdıq, yaxşı oynadıq. Öz çıxışlarımız haqqında düşünürdük və rəqibin oyunu ilə maraqlanmırdıq. Yekunda istəyimizə çatdıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, hələ XXVI turda "Neftçi"nin evdə "Sumqayıt"a 2:3 hesabı ilə uduzduğu oyundan sonra hər şey komandasının xeyrinə inkişaf etməyə başlayıb. "Qarabağ"la hələ bir il müqaviləsinin olduğunu deyən 28 yaşlı oyunçunun sözlərinə görə, məqsədi yaxşı istirahətdən sonra yeni mövsümə hazırlaşmaqdır:

"Müqaviləm davam edir, özümü burada yaxşı hiss edirəm. Yaxşıca istirahət etdikdən sonra Çempionlar Liqasının hazırlıqlarına başlayacağıq. Necə çıxış edəcəyimizi gələcək göstərəcək. Bütün komanda olaraq dincəlib, ardınca təlim-məşq toplanışında gələcək oyunlara hazırlaşacağıq".

Filip Ozobiç "Qarabağ"a ötən mövsüm "Qəbələ"dən keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi