Yuxarı

FIFA rüşvət iddiası ilə bağlı araşdırmalara başladı

FIFA rüşvət iddiası ilə bağlı araşdırmalara başladı

FIFA qurum rəsmilərinin 2018 və 2022-ci il dünya çempionatlarının müvafiq olaraq Rusiya və Qətərdə keçirilməsi üçün səs müqabilində rüşvət aldıqlarını iddia edən ABŞ Ədliyyə Nazirliyindən əlavə məlumatlar istəyəcək.

"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun rəsmi "Twitter" səhifəsi xəbər yayıb.

Bildirilib ki, hər hansı pozuntu aşkarlanarsa, həmin şəxslərə ciddi sanksiya tətbiq olunacaq.

FIFA daha əvvəl rüşvət ittihamları ilə bağlı araşdırma aparsa da, iddialar öz təsdiqini tapmayıb.

Qeyd edək ki, FIFA-nın sabiq vitse-prezidenti Cek Uornerin Rusiyadan 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Qurumun İcraiyyə Komitəsinin üzvü Rafael Salqeronun isə 1 milyon dollar qarşılığında Rusiyaya səs verdiyi irəli sürülüb.

Bundan başqa, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FIFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leozun da səsvermədə rüşvət aldığı iddia olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi