FIFA rəsmisi ABŞ-a ekstradisiyaya razılıq verib

FIFA rəsmisi ABŞ-a ekstradisiyaya razılıq verib İsveçrə qanunlarına əsasən FIFA rəsmisi, on gün ərzində Birləşmiş Ştatlara gətirilməlidir
Futbol
10 İyul , 2015 21:49
FIFA rəsmisi ABŞ-a ekstradisiyaya razılıq verib

Bakı. 10 iyul. REPORT.AZ/Amerikanın başlatdığı korrupsiya təhqiqatının bir hissəsi kimi İsveçrənin Sürix şəhərində həbs edilən 7 FIFA rəsmisindən biri Birləşmiş Ştatlara ekstradisiya olunmasına razılıq verib.

"Report"un İnterfaks-a istinadən verdiyi məlumata görə, əvvəlcə ekstradisiyaya qarşı çıxan rəsmi bu gün köçürülməyə razılıq verib. İsveçrə rəsmiləri deyir ki, onlar həmin şəxsi nə zaman ABŞ-a veriləcəyinin detalları barədə açıqlama verməyəcək.

İsveçrə qanunlarına əsasən o, 10 gün ərzində Amerika polisi tərəfindən götürülərək Birləşmiş Ştatlara gətirilməlidir.

Mayın 27-si Sürixdə həbs edilən rəsmi ABŞ hüquq-mühafizə orqanları tərəfindən Şimali və Cənubi Amerikada futbol çempionatlarının təşkili üçün 150 milyondan çox rüşvət almaqda ittiham olunur.

Son xəbərlər

Orphus sistemi