Yuxarı

FIFA prezidenti: "Son bir ildə transfer sövdələşmələrinin ümumi dövriyyəsi 6,4 milyard dollar olub"

FIFA prezidenti: "Son bir ildə transfer sövdələşmələrinin ümumi dövriyyəsi 6,4 milyard dollar olub"
Bu, son 4-5 illə müqayisədə iki dəfə çoxdur”

Bakı. 16 fevral. REPORT.AZ/ “Son bir ildə transfer sövdələşmələrinin ümumi dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Bu, son 4-5 illə müqayisədə iki dəfə çoxdur”.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino deyib. O, bildirib ki, pul olduğu üçün sistem yaxşı işləsə də, bu tendensiya narahatçılıq doğurur. Ona görə də, İnfantinonun fikrincə, FIFA hərəkətə keçməlidir: "Agent və vasitəçilərə ödənən komissiya haqqı da böyüyür və hazırda 500 milyon dollara çatıb. Düşünürəm ki, bu, qorxulu istiqamətdir. Əksər agentlər mənimlə razıdırlar və bunun üzərində nəzarətin olmasını istəyirlər”.

C.İnfantinonun sözlərinə görə, hazırda futbolda korrupsiya, pulların yuyulması və dələduzluq riskləri mövcuddur: “Hər kəs istədiyini edə bilər. Ancaq reallıq göstərir ki, korrupsiya, pulların yuyulması və dələduzluq riski var. Bunu dövlət orqanlarının araşdırmaları göstərir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi