FIFA Peru yığmasının kapitanının cəzasını 6 aya endirib

FIFA Peru yığmasının kapitanının cəzasını 6 aya endirib Xose Paolo Gerrero 2018-ci il dünya çempionatının final mərhələsində iştirak edə biləcək
Futbol
21 Dekabr , 2017 10:21
FIFA Peru yığmasının kapitanının cəzasını 6 aya endirib
RODRIGO ABD / AP

Bakı. 21 dekabr. REPORT.AZ/ FIFA-nın Apellyasiya Komitəsi Peru yığmasının kapitanı Xose Paolo Gerreronun 1 illik cəzasını 6 aya endirib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla da 33 yaşlı hücumçu 2018-ci il dünya çempionatının final mərhələsində iştirak edə biləcək.

Peru millisi mundialda Fransa, Danimarka və Avstraliya kollektivləri ilə birgə C qrupunda yer alıb.

Gerrero noyabrın 3-də dopinq-test analizləri müsbət nəticə verdiyi üçün 30 günlük diskvalifikasiya olunub və DÇ-2018-in Avstraliya ilə pley-off matçlarında forma geyinə bilməyib. Təkrar dopinq-testinin müsbət nəticə verməsindən sonra Braziliya “Flamenqo”sunun forvardı cəza dövründə daxili, beynəlxalq, eləcə də yoldaşlıq oyunlarında forma geyinə bilməyəcək. Cəza 3 noyabr 2017-ci ildən - hücumçunun futboldan müvəqqəti uzaqlaşdırıldığı tarixdən qüvvəyə minmiş sayılır.

Qeyd edək ki, Xose Paolo Gerrero karyerası ərzində Almaniyanın “Bavariya” və “Hamburq”, həmçinin, Braziliyanın “Korintians” klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi