Yuxarı
    Bağlamaq

    ​FIFA-nın Konqresində insident yaşanıb

    Bir qrup şəxs Fələstinin müstəqilliyini tanımağa və Blatterin istefasını tələb etdi

    Bakı. 29 may. REPORT.AZ/  İsveçrənin Sürix şəhərində işinə başlayan Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 65-ci qurultayında insident baş verib.

    "Report"un məlumatına görə, FİFA prezidenti Yozef Blatterin çıxışlarının birində, bir qrup şəxs Fələstinin tanınması və Yozef Blatterin istefasını tələb edən çağırışlar edib və şüarlar səsləndirib.

    Yozef Blatterin xahişi ilə həmin şəxslər təhlükəsizlik xidməti tərəfindən salondan çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi