FIFA-nın Etika komitəsinin sədri saxlanılıb

FIFA-nın Etika komitəsinin sədri saxlanılıb Bakı. 21 noyabr. REPORT.AZ/ Asiya Beynəlxalq Arbitraj Mərkəzinin direktoru (AIAC) və FIFA-nın Etika komitəsinin sədri Sundra Raco korrupsiyada şübhəli bilindiyi üçün saxlanılıb.
Futbol
21 Noyabr , 2018 17:13
FIFA-nın Etika komitəsinin sədri saxlanılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Asiya Beynəlxalq Arbitraj Mərkəzinin direktoru (AIAC) və FIFA-nın Etika komitəsinin sədri Sundra Raco korrupsiyada şübhəli bilindiyi üçün saxlanılıb.

"Report" AP agentliyinə istinadən xəbər verir ki, o, Malayziyada Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən tutulub.

Hakim məhkəmədə komitə sədrinin diplomatik toxunulmazlığı və imtiyazları olduğunu qəbul edib və S.Raco sərbəst buraxılıb. 

Korrupsiyaya qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmanı davam etdirəcək. 

S.Racoya qarşı istintaqın təfərrüatı açıqlanmır. O, saxlanıldıqdan sonra AIAC-ın direktoru postundan istefa verib. 

İngilis versiyası FIFA ethics judge arrested

Son xəbərlər

Orphus sistemi