FIFA müqavilələr və "transfer pəncərəsi" ilə bağlı qərarını açıqladı

FIFA müqavilələr və "transfer pəncərəsi" ilə bağlı qərarını açıqladı FIFA futbolçuların müqavilələri və transfer pəncərələri ilə bağlı yeni qaydaları açıqlayıb.
Futbol
7 Aprel , 2020 21:12
FIFA müqavilələr və transfer pəncərəsi ilə bağlı qərarını açıqladı

FIFA futbolçuların müqavilələri və "transfer pəncərələri" ilə bağlı yeni qaydaları açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmələri bu ilin iyun ayında başa çatacaq futbolçuların çempionat qurtarana qədər komandalarında qalacağı bildirilib.

Əgər oyunçunun klubla anlaşması mövsümün hazırkı bitmə tarixində başa çatırsa, onun qüvvədə olma müddəti mövsümün yeni bitmə tarixinə qədər uzadılmalıdır. Bundan başqa, müqavilə müddəti növbəti mövsümün startı tarixindən başlayırsa, bu başlanğıc yeni tarixə qədər təxirə salınmalıdır.

Mövsümlər və qeydiyyat tarixləri üst-üstə düşdükdə və tərəflər razılığa gələ bilmədikdə milli liqaların başa çatmasını təmin etmək üçün üstünlük futbolçuların hazırda çıxış etdikləri klublara verilməlidir.

FIFA həmçinin milli çempionatlarda "transfer pəncərələri"nin başlama və bitmə vaxtlarını dəyişdirməyə icazə verəcək.

Son xəbərlər

Orphus sistemi