Yuxarı

FİFA dünya çempionatının hazırlıq işlərinə 450 milyon dollar ayıracaq

Daha 55 milyon dollar Konfederasiyalar Kubokuna yönəldiləcək

Bakı. 18 mart. REPORT.AZ/ FİFA Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının hazırlıq işlərinə 450 milyon dollar ayıracaq. "Report"un məlumatına görə, bu barədə FİFA-nın maliyyə hesabatında bildirilir. 

Rəsmi saytda dərc olunan sənədə əsasən, daha 55 milyon dolların 2017-ci il Konfederasiyalar Kubokuna yönəldilməsi planlaşdırılıb. 

Qeyd edək ki, DÇ-2018 Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi