FIFA Braziliya Futbol Konfederasiyasının sabiq prezidentini cərimələyib

FIFA Braziliya Futbol Konfederasiyasının sabiq prezidentini cərimələyib FIFA Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Xose Mariya Marini cəzalandırıb.
Futbol
15 Aprel , 2019 19:01
FIFA Braziliya Futbol Konfederasiyasının sabiq prezidentini cərimələyib

FIFA Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Xose Mariya Marini cəzalandırıb.

"Report"un məlumatına görə, qurum sabiq konfederasiya rəhbərini korrupsiya ilə əlaqədar 1 milyon dollar məbləğində cərimələyib.

O, futbolla bağlı hər hansı fəaliyyətdən də ömürlük uzaqlaşdırılıb. Marinin FIFA-nın Etika Məcəlləsinin 27-ci maddəsini pozduğu bildirilib. 

Qeyd edək ki, Xose Mariya Marin 2018-ci ilin avqustunda rüşvətə görə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, futbol turnirləri ilə bağlı marketinq və sponsorluq müqavilələri bağlandıqda 6.55 milyon avro mənimsəyib. Cinayətlər ABŞ-da hazırlanıb və həmin ölkənin banklarında çıxarışlar olunduğu üçün məhkəmə Nyu-Yorkda keçirilib.

Son xəbərlər

Orphus sistemi