FİFA antikorrupsiya islahatlarını təsdiq edib

FİFA antikorrupsiya islahatlarını təsdiq edib FİFA-nın Sürixdə keçirilən növbədənkənar konqresində nümayəndələrin əksəriyyəti idarəetmə islahatları planını təsdiq edib
Futbol
26 Fevral , 2016 16:06
FİFA antikorrupsiya islahatlarını təsdiq edib

Bakı. 26 fevral. REPORT.AZ/ FİFA-nın Sürixdə keçirilən növbədənkənar konqresində nümayəndələrin əksəriyyəti idarəetmə islahatları planını təsdiq edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, islahatlarla bağlı səsvermədə nümayəndələrin böyük əksəriyyəti - 179 nəfər onun lehinə çıxıb, cəmi 22 nümayəndə isə əleyhinə səs verib. Sənədlər paketinin qəbulu üçün FİFA-ya üzv olan ölkələrin 75%-nin lehinə səs verməsi lazım gəlirdi ki, bu nəticə həmin faizi də üstələyib.

İslahatların mahiyyəti təşkilatın idarə edilməsinin qeyri-mərkəzləşdirilməsidir. Məsələn, FİFA İcraiyyə Komitəsi bəzi idarəetmə və kommersiya funksiyalarından məhrum olacaq, qurumun özü isə bundan sonra fərqli adla - FİFA Şurası adı altında fəaliyyət göstərəcək.

Plan FİFA prezidenti və İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətinə 12 illik məhdudiyyət qoyulmasını nəzərdə tutur. Özü də ilk 4 illik müddətdə onlar maraqların toqquşmasından yayınmaq məqsədilə gəlirlərlə bağlı məlumatları açıqlamaq məcburiyyətində olacaq.

Bundan əlavə, FİFA-nın top-menecerləri arasında vəzifə bölgüsünün tam aydın böplüşdürülməsi planlaşdırılır. Məsələn, prezident yalnız strateji planlaşdırma ilə məşğul olacaq və təşkilatı dünyada təmsil edəcək. Baş katib gündəlik məsələlərə və təşkilatın ümumi fəaliyyətinə cavabdeh olacaq.

Son xəbərlər

Orphus sistemi