FIFA 2018-ci ildə transferlərə xərclənən məbləği açıqlayıb

FIFA 2018-ci ildə transferlərə xərclənən məbləği açıqlayıb Bakı. 30 yanvar. REPORT.AZ/ FİFA 2018-ci il üçün dünya futbol bazarındakı məlumatları açıqlayıb.
Futbol
30 Yanvar , 2019 19:53
FIFA 2018-ci ildə transferlərə xərclənən məbləği açıqlayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ FİFA 2018-ci il üçün dünya futbol bazarındakı məlumatları açıqlayıb.

"Report" xəbər verir ki, klubların transferlərə xərclədikləri ümumi məbləğ 7.03 milyard dollar təşkil edib. Bu, 2017-ci ildəki analoji göstərici ilə müqayisədə 10% artım deməkdir.

2018-ci ildə 16,533 beynəlxalq transfer reallaşıb ki, bu da əvvəlki ilə nisbətən 5.6% daha çoxdur. Bu transferlərə 175 millətdən 14 186 oyunçu qatılıb.

31 klub 7.03 milyard dolların yarısından çoxunu xərcləyib. Bütün bu xərclərin 78.2%-i UEFA-ya üzv olan klubların payına düşüb.   

Son xəbərlər

Orphus sistemi