“Fiat” əməkdaşları Ronaldunun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər

“Fiat” əməkdaşları Ronaldunun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər Bakı. 11 iyul. REPORT.AZ/ İtaliyanın “Fiat” avtomobil konserninin əməkdaşları Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər.
Futbol
11 İyul , 2018 15:37
“Fiat” əməkdaşları Ronaldunun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər

Bakı. 11 iyul. REPORT.AZ/ İtaliyanın “Fiat” avtomobil konserninin əməkdaşları Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, işçilər 33 yaşlı hücumçunun İspaniyanın “Real Madrid” klubundan alınması üçün ödənilən vəsaitin, eləcə də oyunçunun illik əmək haqqının qəbuledilməz olduğunu düşünürlər. 

“İşçilər kəməri bərk-bərk sıxdıqları halda, şirkət bir futbolçu üçün bu cür vəsait ödəyir. Əməkdaşlar az və yubanan maaşlara görə qənaət edir, amma kompaniya milyonlar xərcləyir. Bu, qəbuledilməzdir!” deyə onlar bildiriblər.

Qeyd edək ki, “Fiat” “Yuventus”un sahibi olan “Exor” holdinqinə daxildir. Turin klubu Ronaldunun transferi üçün 2 il ərzində “Real Madrid”ə 100 milyon avro ödəyəcək. 4 illik müqaviləyə qol çəkən futbolçunun illik maaşı isə 30 milyon avro olacaq.

Son xəbərlər

Orphus sistemi