Yuxarı
    Bağlamaq

    FİFA: Blatter, Valke və Platini bütün vəzifələrindən kənarlaşdırılıb

    Qadağa ən azı 90 gün qüvvədə olacaq

    Bakı. 8 oktyabr. REPORT.AZ/ FİFA prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb. "Report"un məlumatına görə, bu barədə Etika Komitəsi üzrə Arbitraj Palatası qərar qəbul edib.

    Hans Yoahim Ekkertin sədrliyi ilə keçirilən iclasda qadağa müddətinin 45 günü keçməyən daha bir dövr üçün uzadılmasının mümkünlüyü də vurğulanıb.

    Eyni zamanda, FİFA-nın sabiq vitse-prezidenti Çonq-Monq Cuna 6 illik qadağa və 100 min frank cərimə kəsilib. Bu müddətdə adları çəkilən şəxslər yerli və beynəlxalq səviyyəli futbol tədbirlərində iştirak edə bilməzlər. Qadağalar dərhal qüvvəyə minib.

    Qeyd edək ki, Mişel Platininin oktyabrın 10-da Bakıya səfəri nəzərdə tutulub. O, Azərbaycan yığmalarının təlim-məşq bazasının açılışında iştirak etməli, Azərbaycan və İtaliya yığmaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçını izləməlidir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi