​FİFA Türkiyə millisinə texniki qələbə verib

​FİFA Türkiyə millisinə texniki qələbə verib Yunanıstan Futbol Federasiyası 3 500 avro cərimələnib
Futbol
27 May , 2016 16:37
​FİFA Türkiyə millisinə texniki qələbə verib

Bakı. 27 may. REPORT.AZ/ FİFA Türkiyə və Yunanıstan yığmaları arasında ötən il keçirilmiş yoldaşlıq görüşü ilə bağlı qərarını açıqlayıb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, ali futbol qurumu Yunanıstana 0:3 hesablı texniki məğlubiyyət verildiyini elan edib.

Məlumatda Yunanıstanın heyətində çıxış etmiş Apostolos Yannunun daha öncə Avstraliyanın gənclərdən ibarət yığmasında başqa bir rəsmi turnirdə iştirak etdiyi bildirilib. Üstəlik, oyunçunun milli komandasını dəyişməsi barədə Yunanıstan Futbol Federasiyası tərəfindən heç bir məlumatın verilmədiyi qeyd olunub.

Texniki məğlubiyyətdən əlavə, federasiya 4 min İsveçrə frankı (təxminən 3 500 avro) məbləğində cərimə edilib.

Qeyd edək ki, 2015-ci il noyabrın 17-də keçirilmiş yoldaşlıq görüşü qolsuz bərabərliklə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi