FİFA sabiq funksionerlərdən təzminat tələb edib

FİFA sabiq funksionerlərdən təzminat tələb edib İndiyədək keçmiş futbol funksionerləri tərəfindən ABŞ ədliyyə qurumlarına 171 milyon avro dəyərində cərimə ödənilib
Futbol
17 Mart , 2016 07:44
FİFA sabiq funksionerlərdən təzminat tələb edib

Bakı. 17 mart. REPORT.AZ/ FİFA öz keçmiş funksionerlərinə qarşı korrupsiya halları üzrə aparılan məhkəmə işi ilə bağlı bu quruma dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün bir neçə on milyon ABŞ dolları həcmində təzminat tələbi irəli sürüb.

Ümumilikdə 41 keçmiş FİFA rəsmisi və futbol funksionerinə qarşı qaldırılmış iddiada beynəlxalq futbol qurumu zərərçəkən qismində öz hüquqlarından istifadə etmək niyyətindədir. Yeni prezident Canni İnfantinonun rəhbərliyi ilə FİFA korrupsiya qalmaqalı ilə bağlı əks-hücuma keçərək, təşkilata dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün ABŞ ədliyyə qurumlarına müraciət edib.

Nyu-York prokurorluq orqanlarına ünvanlanmış iddia ərizəsində FİFA uzun illər ərzində öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən rəsmi funksionlerlər tərəfindən on milyonlarla dollar vəsaitin müxtəlif korrupsiya mexanizmləri vasitəsilə mənimsənildiyi qeyd olunub.

ABŞ-da məhkəmə qarşısında çıxarılan keçmiş futbol funksionerləri arasında FİFA-nın sabiq vitse-prezidentləri Cek Uorner və Ceffri Uebb də var. FİFA məhkəmə qarşısında artıq günahını etiraf edən və ya məhkəmə tərəfindən barəsində hökm çıxarılmış şəxslərdən təzminat tələb etmək hüququndan yararlanmaq niyyətindədir.

İndiyədək keçmiş futbol funksionerləri tərəfindən ABŞ ədliyyə qurumlarına 171 milyon avro dəyərində cərimə ödənilib, 90 milyon avro isə dondurulmuş bank hesablarında mövcuddur.

Son xəbərlər

Orphus sistemi