Yuxarı

FİFA Rusiyaya 185 milyon dollar verəcək

Bu məbləğ 2018-ci il dünya çempionatının təşkilati işlərinə sərf olunacaq

Bakı. 30 may. REPORT.AZ/ FİFA 2018-ci il dünya çempionatının Rusiyada təşkilinə gələn il 185 milyon dollar xərcləyəcək. "Report"un məlumatına görə, bu  barədə ali futbol qurumunun maliyyə direktoru Markus Kattner açıqlama verib. 

O bildirib ki, 2016-cı ildə FİFA-nın gəlirləri 822 milyon dollar təşkil edəcək. Bunun 434 milyonu teleyayımdan, 388 milyonu marketinq sahəsindən gələcək. Sərmayələrin həcmi isə 815 milyon dollar olacaq ki, bunun da 185 milyonu növbəti mundialın təşkilati işlərinə xərclənəcək. Hərəyə 220 milyon dollar isə futbolun inkişaf proqramı və əməliyyat xərclərinə sərf olunacaq". 

Qeyd edək ki, FİFA Konqresində 2016-cı ilin büdcəsi nümayəndələrin 99 faizi tərəfindən müsbət qarşılanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi