Bakı. 30 may. REPORT.AZ/ FIFA-nın müvafiq komitəsi AFFA-nın "Qarabağ"da çıxış edən futbolçu Riçard Almeydanın milli komandada oynamaqla bağlı müraciətinə baxıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məsələnin həlli mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verilib.
AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb.
Qeyd edək ki, hazırda Riçard Almeyda Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin düşərgəsindədir. Əslən braziliyalı yarımmüdafiəçi iyunun 10-da Şimali İrlandiyaya qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçında meydana çıxa bilər.