Yuxarı

Əliyar Ağayev mövsümün sonunadək ona təyinat verilməməsini xahiş edib

Bu barədə Xaqani Məmmədov bildirib

Bakı. 3 may. REPORT.AZ/ FİFA referisi Əliyar Ağayevə mövsümün sonuna qədər ölkədaxili oyunlarda təyinat verilməyəcək. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, bunu Ə.Ağayevin özü xahiş edib: "Əliyara Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda yol verdiyi səhvə görə cəza verilməsə belə, özü mövsüm sonunadək təyinat almamağı xahiş edib. Üstəlik, nəzərə almaq lazımdır ki, o, Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında ehtiyat hakim qismində iştirak edəcək".

Qeyd edək ki, Əliyar Ağayev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qəbələ" oyununda qonaqların lehinə olan penalti epizodunu düzgün dəyərləndirməyib. Referinin yalnış qərar verdiyini özü və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da etiraf edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi