​FİFA Qroznıda dünya çempionatı üçün baza tikintisini dəstəkləyib

​FİFA Qroznıda dünya çempionatı üçün baza tikintisini dəstəkləyib Yozef Blatter: "Vladimir Putinlə işləmək çox rahatdır"
Futbol
20 Aprel , 2015 17:00
​FİFA Qroznıda dünya çempionatı üçün baza tikintisini dəstəkləyib

Bakı. 20 aprel. REPORT.AZ/ "Qroznıda dünya çempionatı ərəfəsində məşq bazasının yaradılması müsbət addımdır". "Report"un "R-Sport"a istinadən verdiyi məlumata görə, bu sözləri FİFA-nın prezidenti Yozef Blatter deyib.

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı haqda danışan ali futbol qurumunun rəhbəri Qroznıda heç bir təhlükənin olmadığına əminliyini ifadə edib. Blatterin fikrincə, Rusiya ilə işləmək çətin deyil: "Son 40 ildə xeyli sayda dünya çempionatının təşkilində və keçirilməsində iştirak etmişəm. Ancaq heç vaxt belə xoşbəxt şəkildə işləməmişəm. Rusiyanın gənclər və idman naziri Vitali Mutko, eləcə də Aleksey Sorokin və bütün bunların rəhbəri Vladimir Putinlə işləmək çox rahatdır. Bu, Rusiya üçün milli layihədir və bütün işlər qaydasında gedir".

Hazırda 4 stadionun tikildiyini bildirən Y.Blatter daha ikisinin tezliklə inşa olunacağını söyləyib.

Qeyd edək ki, növbəti dünya çempionatının oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi