Yuxarı

​FİFA prezidentliyinə namizəd işgəncə ittihamlarını təkzib edib

Hüquq müdafiəçiləri onu seçkiyə buraxmamağa çağırıblar

Bakı. 27 oktyabr. REPORT.AZ/ Asiya Futbol Federasiyasının prezidenti şeyx Salman bin İbrahim əl-Xəlif idmançılara işgəncə verməsi haqda hüquq müdafiəçilərinin ittihamını təkzib edib. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Beynəlxalq Hüquq Müdafiə Təşkilatı ("Human Rights Watch") bildirib ki, şeyx 2011-ci ildə Bəhreyn hakimiyyətinə qarşı çıxış edən etirazçıların saxlanılmasında və həmin aksiyada iştirak edənlərə işgəncə verilməsində iştirak etməklə "insanlığa qarşı cinayət törədib".

Hüquq müdafiəçiləri onu FİFA prezidenti seçkisinə buraxmamağa çağırıblar. Şeyx isə deyib: "Mən etmədiyim bir əməli necə inkar edib, onu etdiyimi deyə bilərəm? Bu ittihamları oxumaq mənə ağırdır. Bu, təkrar edilən iyrənc yalandır".

Xatırladaq ki, Bəhreyn şeyxi Salman bin İbrahim əl-Xəlifə də daxil olmaqla, FİFA prezidenti postuna Trinidad və Tobaqo milli komandasının keçmiş kapitanı Devid Nahid, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA prezidenti Mişel Platini, FİFA baş katibinin keçmiş müavini Jerom Şampan, UEFA-nın baş katibi Canni İnfantino, Cənubi Afrika Respublikasından Tokio Seksvale də namizədliklərini irəli sürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi