Bakı. 26 oktyabr. REPORT.AZ/ Liberiya Futbol Federasiyasının rəhbəri Musa Biliti Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidentliyinə namizədliyini irəli sürüb.
"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Onun namizədliyi 5 futbol assosiasiyası tərəfindən dəstəklənir.
Qeyd edək ki, oktyabrın 26-da namizədlərin irəli sürülməsi müddəti başa çatır. Prezident seçkisinin isə 2016-cı il fevralın 26-da keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, FİFA prezidenti postuna namizədliklərini Trinidad və Tobaqo milli komandasının keçmiş kapitanı Devid Nahid, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA prezidenti Mişel Platini, FİFA baş katibinin keçmiş müavini Jerom Şampan, Asiya Futbol Federasiyaları Assosiasiyasının başçısı, Bəhreyn şeyxi Salman bin İbrahim əl-Xəlifə, UEFA-nın baş katibi Canni İnfantino, Cənubi Afrika Respublikasından Tokio Seksvale də irəli sürüb.