Yuxarı
    Bağlamaq

    ​FİFA prezidentliyinə daha bir namizəd seçkiqabağı proqramını açıqlayıb

    Çxon Mon Cun 10 müddəalıq proqramının 2 maddəsini futbol həvəskarlarının təklif etməsini istəyib

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyaları Assosiasiysı (FİFA) prezidentliyinə namizəd Çxon Mon Cun seçkiqabağı proqramını açıqlayıb.

    "Report"un "BBC"yə istinadə verdiyi məlumata görə, o,10 müddəalıq proqramının 2 maddəsini futbol həvəskarlarının təklif etməsini istəyib.

    Qeyd edək ki, bir müddət əvvəl braziliyalı Ziko da FİFA prezidentliyinə namizəd kimi seçkiqabağı proqramını açıqlayıb. Mişel Platini, David Jinola, Dieqo Maradona, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Liberiya Futbol Assosiasiyasının başçısı Musa Biliti, nigeriyalı keçmiş futbolçu Sequn Odeqbami, FİFA-nın baş katibi Jerom Valke də namizədliklərini irəli sürüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi