Yuxarı

​FİFA prezidentinin müavininə yeni ittiham irəli sürülüb

Cefferi Uebb bu dəfə fırıldaqçılıqda ittiham olunur

Bakı. 4 iyul. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası prezidentin müavini və Şimali və Mərkəzi Amerika, Karib Hövzəsi Futbol Konfederasiyasının keçmiş başçısı Cefferi Uebbyə qarşı yeni ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

O, Böyük Britaniyanın ərazisi sayılan Kayman adalarında fırıldaqçılıqda ittiham olunur.

Qeyd edək ki, bu il mayın 27-də ABŞ ədliyyə qurumunun müraciəti əsasında Sürix polisi FİFA-nın 14 keçmiş və hazırda fəaliyyətdə olan futbol funksionerini, o cümlədən Cefferi Uebbi həbs edib. ABŞ Ədliyyə Nazirliyinin hesablamasına əsasən, son 24 ildə həmin məmurlar 150 milyon dollara yaxın rüşvət alıblar.

Bu ilin mayında FİFA-nın bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunub. İstintaqın əsas obyektləri "DÇ-2018" (Rusiya) və "DÇ-2020"-yə (Qətər) ev sahibi seçilməsində ehtimal olunan korrupsiya məsələsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi